...

COP29 və COP30 komandaları müvafiq müştərək proqramın hazırlanması üzrə işlərə başlayıblar

Yaşıl iqtisadiyyat Materials 28 Aprel 2025 12:50 (UTC +04:00)
COP29 və COP30 komandaları müvafiq müştərək proqramın hazırlanması üzrə işlərə başlayıblar
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 və COP30 komandaları müvafiq müştərək proqramın hazırlanması üzrə işlərə başlayıblar.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransının "Local Action, Global Change: NGOs Tackling Climate in the Global South" panelində deyib.

O bildirib ki, COP29 komandasının Belemdə təqdim edəcəyi proqram iqlim maliyyəsi üzrə göstəricidə yaranmış 300 milyard dollardan 1,3 trilyon dollaradək olan boşluğun doldurulması yollarından ibarətdir.

"Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, ölkəmiz üçün böyük uğur hekayəsidir. Bu, yalnız bizim üçün deyil, dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi baxımından da mühüm addım oldu. COP29-un nəticələri, həm də beynəlxalq əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir", - o bildirib.

O, COP29 zamanı iqlim təşəbbüsləri çərçivəsində bütün QHT-lərin dəvət edildiyini bildirib.

"Müxtəlif platformalarda bir çox müzakirələr və görüşlər keçirildi. Cəmiyyətin nümayəndələrindən, QHT-lərdən güclü dəstək aldıq və bu, prosesin uğurlu keçməsində mühüm rol oynadı. Müzakirələr və danışıqlar prosesi isə olduqca gərgin olub, çünki inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi məsələsi geniş müzakirə məsələsidir. Lakin nəticə etibarilə, Qlobal Şimaldan ayrılan maliyyə yardımı 300 milyard dollara çatdırılıb. Bu, COP tarixində bir ilkdir və böyük bir uğur olaraq qiymətləndirilir".

Qeyd edək ki, bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Bu tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.

Xəbər lenti

Xəbər lenti