...

Ölkəmizdə qadın və uşaq əməyinin təhlükəsizliyi hər zaman diqqət mərkəzindədir - Bahar Muradova

Cəmiyyət Materials 28 Aprel 2025 12:47 (UTC +04:00)
Ölkəmizdə qadın və uşaq əməyinin təhlükəsizliyi hər zaman diqqət mərkəzindədir - Bahar Muradova
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə qadın və uşaq əməyinin təhlükəsizliyi, işçi hüquqlarının təminatı hər zaman diqqət mərkəzində olan məsələdir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Bu məsələ dövlətin, vətəndaş cəmiyyətinin və beynəlxalq qurumların fəaliyyət gündəliyinin əsas istiqamətlərindən biridir. O cümlədən, ölkədəki bütün hakimiyyət qanadları - məhkəmə, icra və qanunverici orqanlar daha rahat, asan və təhlükəsiz olması üçün lazım olan çərçivələri - hüquqi çərçivələri, iqtisadi-sosial imkanları və effektiv mexanizmləri yaratmaqdadırlar", - deyə B.Muradova əlavə edib.

Dövlət Komitəsinin sədri həmçinin qeyd edib ki, bu gün Azərbaycanda Böyük Qayıdış prosesi çərçivəsində yeni çağırışlar meydana çıxır.

"İnsanların ağıllı kənddə yaşamağa alışması üçün addımlar atmalıyıq. Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Qarabağda yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının qorunması da kollektiv müqaviləyə daxil edilməlidir. Qarabağa qayıdan ailələrin, vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi, layiqli və təhlükəsiz iş şəraiti ilə təmin olunması vacib məsələ kimi diqqətdə saxlanılmalıdır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti