...

İranın Culfa gömrüyü ilə məhsul ixracı açıqlanıb

Dünya xəbərləri Materials 28 Aprel 2025 09:32 (UTC +04:00)
İranın Culfa gömrüyü ilə məhsul ixracı açıqlanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 1-ci ayında (21 mart -20 aprel 2025) İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa gömrüyü vasitəsi ilə 8,51 milyon dollar dəyərində 14,6 min ton məhsul ixrac edilib.

Trend-in məlumatına görə, bunu İranın Culfa gömrük idarəsinin baş direktoru Əli Bisələm yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 1-ci ayda Culfa gömrüyü vasitəsilə, əsasən, neft məmulatları, tikinti materialları, keramika, kauçuk məhsullar və sairə ixrac edilib.

Bisələm qeyd edib ki, Culfa gömrüyü vasitəsilə məhsullar 9 ölkəyə, o cümlədən, Türkiyə, Azərbaycan, İraq, Rusiya və Gürcüstana ixrac edilib.

Gömrük rəsmisi qeyd edib ki, 1-ci ayda Culfa gömrüyü vasitəsi ilə 21,9 milyon dollar dəyərində 10 min ton məhsul idxal olunub. İdxal olunan məhsullar əsasən xammal, sənaye məhsulları və sairə olub.

“1-ci ayda Culfa gömrüyü üzərindən tranzit məqsədilə ölkəyə 46,8 min ton yük daxil olub və tranzit məqsədilə 75,3 min ton məhsul ölkədən çıxıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən İran ilində (20 mart 2024 -20 mart 2025) Culfa gömrüyü vasitəsi ilə 241 milyon dollar dəyərində təxminən 388 min ton məhsul ixrac edilib. Culfa gömrüyü vasitəsi ilə məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından 23,6%, çəki baxımından 16,7% artıb.

Xəbər lenti

Xəbər lenti