...

Le Penin siyasi varisi Fransa prezidenti olmaq istəyir

Dünya xəbərləri Materials 28 Aprel 2025 11:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın qatı sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu, lakin yalnız Marin Le Penin seçkilərdə iştirakına qadağa qoyulacağı təqdirdə bu addımı atacağını bəyan edib.

Trend xəbər verir ki, bu barədə fransız müxalifət lideri “Le Parisien” qəzetinə verdiyi müsahibədə danışıb.

“Burada heç bir ikimənalılıq yoxdur: Marin Le Pen mənim namizədimdir. Əgər onun sabah seçkilərdə iştirakına əngəl yaratsalar, sizə deyə bilərəm ki, mən öz namizədliyimi irəli sürəcəyəm”, - deyə Bardella bildirib.

Xatırladaq ki, martın 31-da Fransa məhkəməsi Marin Le Pen və partiyanın səkkiz deputatını “parlament assistentləri” işi üzrə təqsirli bilib. O, dörd il müddətinə azadlıqdan məhrum edilib ki, həmin müddətin iki ilini şərti olaraq keçirəcək. Bundan başqa onun beş il ərzində dövlət vəzifələrinə seçilməsi qadağan edilib. Hökm 2027-ci il prezident seçkilərinə qədər ləğv olunmasa, Le Pen onda iştirak edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti