...

Tramp Zelenski ilə görüşü müsbət qiymətləndirib

Dünya xəbərləri Materials 28 Aprel 2025 04:38 (UTC +04:00)
Tramp Zelenski ilə görüşü müsbət qiymətləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vatikanda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünü yüksək qiymətləndirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Nyu Cersi ştatının Morristaun hava limanında jurnalistlərə bildirib.

"Düşünürəm ki, görüş yaxşı keçdi”, - deyə Tramp Ukrayna prezidenti ilə görüşlə bağlı suala cavab verib.

O əlavə edib ki, Zelenskinin “ölkəsi üçün yaxşı bir şey etmək” səylərindən məmnundur və bunun nə ilə nəticələnə biləcəyini izləyəcək.

"Zelenski daha sakit olub", - deyə ABŞ prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti