...

ANAMA-nın əməkdaşı Qazaxda minaya düşüb

Hadisə Materials 28 Aprel 2025 13:08 (UTC +04:00)
ANAMA-nın əməkdaşı Qazaxda minaya düşüb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində 2025-ci il 28 aprel tarixində mina hadisəsi baș verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata görə, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti