...

İsveçrə Azərbaycandan qeyri-neft məhsulları alışını 3 dəfədən çox artırıb

İqtisadiyyat Materials 28 Aprel 2025 10:10 (UTC +04:00)
İsveçrə Azərbaycandan qeyri-neft məhsulları alışını 3 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İsveçrəyə 69,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,3 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur.

Hesabat dövründə İsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 9,02%-i həcmində olub.

Bununla da İsveçrə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti