...

"Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlimin açılışı olub (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2025 13:04 (UTC +04:00)
"Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlimin açılışı olub (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda türkiyəli ekspertlərin iştirakı ilə iki günlük keçirilən təlimin açılışı olub.

Trend xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi keçirilən təlimin ilk günündə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 20 təhqiqatçı və müstəntiqləri iştirak edir.

Təlimin açılış mərasimində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Səadət Qəhrəmanova bildirib ki, cinayət törədikdikdə uşaqlara yanaşma, uşaqların hüquqların qorunması çox önəmli məsələdir: " Məişət zorakılığı faktını araşdırdıqda bu mühitdə olan uşaqlar diqqətdən kənar qalır. Amma artıq biz onlara diqqət edirik. Zorakılıq mühitində olan uşaqlar bu mənada çox əziyyət çəkir. Onlar belə mühitdə olaraq birbaşa psixaloji zorakılığa məruz qalırlar. Zorakılıq mühitində olan uşağın özünün cinayət törətməsi, cinayətə meyilli olması hallarına rast gəlinir. Buna görə də artıq zorakılıq mühitində olan uşaqlarla da məşğul oluruq".

Təlimdə Türkiyə Respublikasında cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayətlərin araşdırılması zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiə (dəstək) təminatı, cinayət təqibi orqanlarının uşaq hüquqlarının müdafiəsi üzrə qurumlarla əməkdaşlıq üsulları, “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası (Lansarote Konvensiyası) üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Türkiyə təcrübəsi və sair mövzuları əhatə ediləcək.

Qeyd edək ki, təlim 2022-ci il 4 noyabr tarixində İstanbul şəhərində Azərbaycan Respublikasının Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” çərçivəsində təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti