...

Azərbaycan yüksək gəlirlilik səviyyəsi olan ölkəyə çevrilmək hədəfinə doğru irəliləyir - Asiya İnkişaf Bankı

Maliyyə Materials 28 Aprel 2025 12:08 (UTC +04:00)
Azərbaycan yüksək gəlirlilik səviyyəsi olan ölkəyə çevrilmək hədəfinə doğru irəliləyir - Asiya İnkişaf Bankı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yüksək gəlirlilik səviyyəsi olan ölkəyə çevrilmək hədəfinə doğru irəliləyir.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının hesabatında söz açılır.

“Qeyri-xammal sektorun 6,2 faiz və neft-qaz sektorunda 0,3 faiz artım nəticəsində iqtisadi artım 2023-cü ildəki 1,1 faizdən 2024-cü ildə 4,1 faizə yüksəlib. Bununla belə, ölkənin iqtisadiyyatı və illik büdcəsi hələ də böyük ölçüdə karbohidrogen gəlirlərindən asılıdır. Dünyada neftə olan tələbin azalacağı gözlənildiyindən, Azərbaycanın qarşısında qeyri-neft sektorlarının inkişafını sürətləndirmək və xüsusilə ölkənin inkişaf etməkdə olan bölgələrində gənclər üçün daha çox iş yerləri yaratmaq vəzifəsi durur”, – deyə Bankın yenilənmiş hesabatında qeyd olunur.

Hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti gələcək artım və inkişaf üçün öz baxışını “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair milli prioritetlər” adlı onillik inkişaf strategiyasında müəyyən edib. Strategiya inklüziv cəmiyyət qurmaq, insan kapitalını inkişaf etdirmək və infrastruktur sahəsinə investisiyalar yatırmaq yolu ilə şaxələndirilmiş, dayanıqlı və rəqabətədavamlı iqtisadiyyat formalaşdırılmasına yönəlib.

“Asiya İnkişaf Bankının “Azərbaycan 2030”u dəstəkləyən fəaliyyəti 2019–2023-cü illəri əhatə edən (və 2024-cü ilədək uzadılmış) ölkə üzrə tərəfdaşlıq strategiyasına uyğun şəkildə həyata keçirilir və ölkənin əsas iqtisadi sahələri üzrə strateji yol xəritələri ilə uzlaşdırılıb. Xüsusilə AİB bərpa olunan enerji, logistika, ticarət, turizm və kənd təsərrüfatı kimi alternativ artım mənbələrinin inkişafı üzərində işləyir”, – hesabatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti