...

Çin Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir - "Bir kəmər, Bir yol" təşəbbüsünün nümayəndəsi

Siyasət Materials 28 Aprel 2025 14:38 (UTC +04:00)
Çin Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir - "Bir kəmər, Bir yol" təşəbbüsünün nümayəndəsi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Çin Azərbaycanla dostluq və tərəfdaşlığı yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün elm və texnologiyalar üzrə baş katibinin müavini Renyin Li Bakıda keçirilən Qlobal Cənub QHT platformasının təsisat konfransının gedişində danışıb.

“Azərbaycan və Çin zamanın sınağından keçmiş unikal dostluq və qarşılıqlı dəstək münasibətlərini bölüşür. Bu, bizim inkişaf, rifah və dayanıqlılıqla bağlı ümumi hədəflərimizin gücləndirilməsinə vasitəçilik edir. Bizim strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik və daha ədalətli dünyanın qurulmasına olan ümumi öhdəliyə əsaslanır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Çin 2035-ci ilə qədər yenilənmiş milli töhfəni ictimaiyyətə təqdim edəcək. Son illər Çin karbohidrogen karbon tullantılarının azaldılmasında, bərpaolunan enerji mənbələrinin payının artırılmasında, meşə massivlərinin genişləndirilməsində, təbiətin vəziyyətinin yaxşılaşdırılmasında, habelə çirklənmə səviyyəsinin azadılması və enerji-səmərəliliiyiinin artırılmasında əhəmiyyətli irəliləyişə nail olub.

"Çin iqlim dəyişikliyi ilə mübarizəyə və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi öhdəliyinə sadiqdir. Biz Azərbaycanla və beynəlxalq ictimaiyyətlə dostluq münasibətlərimizi yüksək qiymətləndiririk. Birgə səylərimizlə daha təmiz, "yaşıl" və ədalətli bir dünyanın qurulmasına əhəmiyyətli töhfə verə bilərik", - Renin Li bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti