...

Milli Aviasiya Akademiyasında dünya şöhrətli astronavt Alper Gezeravcı ilə görüş təşkil edilib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2025 14:43 (UTC +04:00)
Milli Aviasiya Akademiyasında dünya şöhrətli  astronavt Alper Gezeravcı ilə görüş təşkil edilib (FOTO)

Bakı. Trend:

Milli Aviasiya Akademiyasında (MAA) dünya şöhrətli astronavt Alper Gezeravcı ilə görüş təşkil edilib.

Trend xəbər verir ki, Türkiyə Cümhuriyyəti tarixində insanın iştirakı ilə ilk kosmik missiyanı yerinə yetirən məşhur astronavt Alper Gezeravcı Milli Aviasiya Akademiyasında ustad dərsləri keçib.

“Azərkosmos"un Kosmik Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə MAA-nın professor-müəllim heyəti və tələbələri iştirak edib və böyük maraqla qarşılanıb. Alper Gezeravcı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirilmiş "İnsanlı ilk kosmik missiya" haqqında təqdimatla çıxış edib. Ustad iştirakçılarla interaktiv fikir mübadiləsi aparıb, kosmik tədqiqatların gedişatı, təlim prosesi və gələcək perspektivlər barədə məlumat təqdim edib. Tədbirin məqsədi Azərbaycan gənclərinə kosmosa elmi marağın aşılanması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və aerokosmik sahədə insan kapitalının inkişafı olub.

Xəbər lenti

Xəbər lenti