...

Azərbaycanın regionları üzrə kredit qoyuluşları - SİYAHI

İqtisadiyyat Materials 28 Aprel 2025 16:33 (UTC +04:00)
Azərbaycanın regionları üzrə kredit qoyuluşları - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 284,8 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,8 milyard manat və ya 15,7% artaraq 27,9 milyard manata bərabər olub.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, hesabat dövründə kredit təşkilatları tərəfindən verilən kreditlərin 76,6%-i və ya 21,3 milyard manatı Bakı şəhərinin payına düşüb.

Dövr ərzində kredit qoyuluşunun ən az orta faiz dərəcəsi Bakı şəhəri (12,06%), ən çox isə Dağlıq Şirvan iqtisadi rayonu (19,45%) üzrə qeydə alınıb.

Hesabat dövründə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşu 481,3 milyon manat təşkil edib.

Dövr ərzində Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi isə 10,4 milyon manat olub.

Regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələrini təqdim edirik:

Regionların adı

Ümumi kreditlər (min manat)

Orta % dərəcəsi

Milli valyutada olan kreditlər

Milli valyutada kreditlərin orta % dərəcəsi

Sərbəst dönərli valyutada olan kreditlər (SDV) (min manat)

Sərbəst dönərli valyutada olan kreditlərin orta % dərəcəsi

Bakı iqtisadi rayonu

21,348,429

12.06%

17,181,368

13.61%

4,167,061

5.63%

Naxçıvan iqtisadi rayonu

426,058

14.75%

425,757

14.76%

300

8.80%

Abşeron-Xızı iqtisadi rayonu

1,118,715

15.94%

1,073,417

16.36%

45,298

6.06%

Dağlıq Şirvan iqtisadi rayonu

186,710

19.45%

185,989

19.50%

721

7.69%

Gəncə-Daşkəsən iqtisadi rayonu

828,862

17.27%

811,262

17.53%

17,599

5.20%

Qarabağ iqtisadi rayonu

481,340

19.31%

479,906

19.35%

1,434

5.66%

Qazax-Tovuz iqtisadi rayonu

527,323

18.72%

523,589

18.92%

7,678

5.59%

Quba-Xaçmaz iqtisadi rayonu

474,053

17.63%

466,143

17.82%

7,910

6.78%

Lənkəran-Astara iqtisadi rayonu

662,555

19.19%

661,286

19.22%

1,270

7.71%

Mərkəzi Aran iqtisadi rayonu

554,887

18.96%

549,700

19.08%

5,186

6.41%

Mil-Muğan iqtisadi rayonu

301,523

19.27%

301,517

19.27%

6

15.74%

Şəki-Zaqatala iqtisadi rayonu

516,099

17.58%

474,165

18.55%

41,935

6.63%

Şərqi Zəngəzur iqtisadi rayonu

10,362

16.46%

9,664

17.22%

698

6.00%

Şirvan-Salyan iqtisadi rayonu

436,260

19.04%

422,005

19.46%

14,255

6.34%

Məqalədə:
Xəbər lenti

Xəbər lenti