...

Türkiyədən Misirə elektrik avadanlıqları ixracı azalıb

Dünya xəbərləri Materials 28 Aprel 2025 20:00 (UTC +04:00)
Türkiyədən Misirə elektrik avadanlıqları ixracı azalıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Misirə elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,5 faiz azalaraq, 17 milyon 685 min 79 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq, 58 milyon 647 min 47 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb, 4 milyon 791 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 481 min 583 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 716 min 527 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti