...

Bizim universitetlərimiz biri-biri ilə təcrübələrini bölüşə bilərlər - İran Prezidenti

Siyasət Materials 28 Aprel 2025 20:00 (UTC +04:00)
Bizim universitetlərimiz biri-biri ilə təcrübələrini bölüşə bilərlər - İran Prezidenti
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər.

Trend xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

“Bizim iş adamlarımız, sənətkarlarımız istehsal etdikləri məhsulları, bacarıqlarını və regionun ehtiyacı olan malları bir-birinə ötürə bilərlər. Bizim regionumuzda mövcud olan bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər. Bu bazar Azərbaycan üçündür, bu bazar İran üçündür, bu bazar Pakistan və Əfqanıstan üçündür”, - deyə Prezident Pezeşkian əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti