...

Cənubi Koreyada güclü meşə yanğınları: sakinlər təxliyə ediliblər

Dünya xəbərləri Materials 28 Aprel 2025 21:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 28-də Cənubi Koreyanın Tequ şəhərində güclü külək meşə yanğınına səbəb olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın təhlükəsinə görə ərazidəki magistral yol bağlanıb.

Məlumata görə, meşə yanğını saat gündüz vaxtı başlayıb və iki saat davam edib. Yanğın 50 hektara yaxın ərazini əhatə edib. Bundan sonra 1200-dən çox sakin ərazidən təxliyə olunub.

Paytaxt Seuldan təqribən 233 km cənub-şərqdə yerləşən Tequ bölgəsində baş verən yanğın nəticəsində ölən və yaralananlar barədə hələ məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti