...

Nikita Simonov BGF tərəfindən Dünya kuboku seriyasının qalibi adına layiq görüldü

İdman Materials 28 Aprel 2025 22:26 (UTC +04:00)
Nikita Simonov BGF tərəfindən Dünya kuboku seriyasının qalibi adına layiq görüldü
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kişi idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən halqalar proqramında Dünya kuboku seriyasının qalibi adına layiq görüldü.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd edək ki, ötən gün Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi yekunlaşıb. Azərbaycan gimnastı Nikita Simonov halqalarla yarışda 14,333 xal toplayaraq gümüş medal qazanıb.

Xatırladaq ki, Simonov daha əvvəl Dünya Kubokunun Bakı mərhələsinin qalibi olub, həmçinin Kottbus, Osiek və Antalyada isə ikinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti