Bakı. Trend:
Fiziki məhdudiyyətləri olan insanlar QHT-lərə başçılıq etməlidirlər və onun fəaliyyətinin fəal iştirakçılarına çevrilməlidirlər.
Trend xəbər verir ki, bunu İordaniya senatinin əlliliyi olan insanlarla iş üzrə Komitəsinin sədri Asiya Əbdül Mütallib Yakhi Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir halda ki, QHT-lər fiziki məhdudiyyətləri olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) prinsiplərinə əsaslanırsa, bu təşkilatlara məhz əlilliyi olan şəxslər rəhbərlik etməli və onların fəaliyyətində fəal iştirak etməlidirlər.
“QHT-lərin yerli ictimaiyyətlərin tələblərini müəyyənləşdirməsi və yerində aparılan tədqiqatlar və ictimai-sorğular əsasında həmin tələblərə cabab verən inkişaf planları hazırlaması vacibdir.
İkinci vacib məqam – dövlət orqanları ilə tərəfdaşlığın formalaşdırılmasıdır. Üçüncüsü isə fiziki məhdudiyyətli insanların xidmətlərə çıxışının və xüsusilə fövqəladə hallarda (ona qədər, fövqəladə hal zamanı və ondan sonra) onların tələblərinə uyğunlaşmanın təmin edilməsidir.”, -deyə o bildirib.