...

Azərbaycanın tikinti şirkətləri “Saudi Vision 2030” hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər – Baş nazirin müavini

İqtisadiyyat Materials 28 Aprel 2025 18:23 (UTC +04:00)
Azərbaycanın tikinti şirkətləri “Saudi Vision 2030” hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər – Baş nazirin müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Saudi Vision 2030” hədəfləri çərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlar tərəfindən böyük maraqla izlənilir və investisiya imkanları nəzərdən keçirilir.

Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası çərçivəsində çıxış edən Baş nazirin müavini Samir Şərifov deyib.

"Azərbaycan tikinti şirkətləri böyük layihələrin həyata keçirilməsində uğurlu təcrübəyə malikdirlər və onlar Saudi Vision 2030 hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər", - deyə S.Şərifov əlavə edib.

Baş nazirin müavini qarşılıqlı investisiyaların təşviqi, sahibkarlara investisiya layihələrini həyata keçirmək üçün dəstəyin göstərilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının sahibkarların yanında olmağa və layihələrin reallaşdırılmasına kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti