...

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq - Pezeşkian

Siyasət Materials 28 Aprel 2025 18:29 (UTC +04:00)
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq - Pezeşkian
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq.

Trend xəbər verir ki, bunu aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.

"Mən əziz qardaşım Azərbaycanın hörmətli Prezidentini, burada olan əziz qonaqları və qardaşlarımızı yenidən salamlayıram. Çox şadam ki, Azərbaycandayam və sizin qarşınızdayam. Ümid edirəm ki, bizim burada iştirakımız, həmçinin daha əvvəl keçirilən iclaslarda mütəxəssislərimiz tərəfindən hazırlanan razılaşmalar və bundan sonra imzalanacaq sazişlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq. Ali Rəhbərin salamını Sizə çatdırmağı özümə borc bilirəm.

Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti