...

Ukrayna Putinin atəşkəs qərarına reaksiya verib

Dünya xəbərləri Materials 29 Aprel 2025 06:46 (UTC +04:00)
Ukrayna Putinin atəşkəs qərarına reaksiya verib

Bakı. Trend:

Ukrayna uzunmüddətli, etibarlı və tam atəşkəsi dəstəkləməyə hazırdır və Rusiyanı da təkcə parad günləri deyil, dərhal və 30 gün müddətinə atəşkəs elan etməyə çağırır.

Trend xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X sosial şəbəkə hesabında yazıb.

“Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır. Niyə mayın 8-ni gözləyək? Əgər istənilən tarixdə və 30 gün müddətinə atəşi dayandırmaq mümkündürsə, niyə bunu ancaq parad üçün edək? Ukrayna davamlı, etibarlı və tam atəşkəsi dəstəkləyir. Biz daim bunu təklif edirik, lakin ən azı 30 gün müddətinə”, - deyə XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyada Qələbə günü qeyd olunan 8-11 may tarixlərində atəşkəs elan edib.

Xəbər lenti

Xəbər lenti