Bakı. Trend:
1-29 mart tarixləri arasında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 0,9 milyard kubmetr qaz nəql edilib. Bunun 0,74 milyard kubmetri İtaliyaya, 0,07 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana çatdırılıb.
Bu barədə TAP AG konsorsiumu Trend-in sorğusuna cavab olaraq məlumat verib.
"Kommersiya fəaliyyətinə başlanıldığı gündən 29 mart 2025-ci il tarixinədək ümumilikdə 45,29 milyard kubmetr qaz nəql olunub", – konsorsiumda bildirilib.
Qeyd edək ki, TAP Yunanıstan-Türkiyə sərhədindən İtaliyanın cənubuna qədər təbii qazın nəqlini təmin edir və maraqlı tərəflərə qazın müxtəlif Avropa ölkələrinə çatdırılması imkanını təqdim edir.
TAP, Cənub Qaz Dəhlizi çərçivəsində birbaşa və iqtisadi cəhətdən sərfəli nəqliyyat marşrutu təklif edir. Bu dəhliz Xəzər dənizindən Avropaya qədər uzanan 3500 kilometrlik qaz kəməri zəncirini əhatə edir.
X: @Lyaman_Zeyn