Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Trend-in məlumatına görə, bununla əlaqədar İran prezidenti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ötən gün Bakıda əziz qardaşım Azərbaycan Prezidenti İlham Əliyevlə anlaşmalar əldə olundu və sənədlər imzalandı.
Bu səfər elm, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni perspektivlərin açılması və etimadın artırılması üçün başlanğıc idi. Cənab İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edirəm”, - deyə İran prezidenti bildirib.