...

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisindən qovulmuş 300 minə yaxın əhali birləşir - Əziz Ələkbərli

Gündəm Materials 29 Aprel 2025 13:40 (UTC +04:00)
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisindən qovulmuş 300 minə yaxın əhali birləşir - Əziz Ələkbərli
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisindən qovulmuş 300 minə yaxın əhali birləşir.

Trend xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ICESCO-nun baş direktoru Səlim Əl Malikin rəhbərliyi ilə görüşdə deyib.

"Bugünkü görüşün mahiyyəti ondan ibarətdir ki, bizim ata-babalarımız o ərazilərdə böyük mədəni irs yaradıblar.

Bu irs təkcə müsəlmanların deyil, həm də dünya mədəni irsidir. Biz dünya ictimaiyyətinə həmin irs haqqında məlumat verməyi, onların bərpa olunmasının, dağıdılmasının qarşısının alınması ilə bağlı çıxışlar edirik.

İstərdik ki, ICESCO Qərbi Azərbaycanda olan abidələrin qorunmasına öz töhfəsini versin. Biz bu barədə UNESCO-ya da müracət etdik. Amma təəssüf ki, Ermənistan həmin yerlərdə olan abidələrin monitorinqinə icazə vermədi", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti