...

QHT Agentliyi ilə bir neçə ölkəni təmsil edən təşkilatlar arasında memorandum imzalanıb (FOTO)

Siyasət Materials 29 Aprel 2025 13:29 (UTC +04:00)
QHT Agentliyi ilə bir neçə ölkəni təmsil edən təşkilatlar arasında memorandum imzalanıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə bir neçə ölkəni təmsil edən QHT-lər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Trend xəbər verir ki, sənədlərin imzalanması Qlobal Cənub QHT Platformasının Təsis Forumu çərçivəsində baş tutub.

İlk imzalanma QHT Agentliyi ilə Özbəkistanın "Yüksəliş" Hərəkatı arasında baş tutub.

Daha sonra Əlil Təşkilatları İttifaqı ilə Cibutinin Əlilliyi olan Şəxslərlə İş üzrə Milli Agentliyi, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi ilə “I AM HUMAN” Əlillərin Hüquqları Uğrunda Mübarizə Cəmiyyəti arasında anlaşma sənədi imzalanıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Bərpa Olunan Enerji üzrə Ərəb Platforması da əməkdaşlığın gücləndirilməsi istiqamətində memorandum imzalayıb.

"Qadın, İnkişaf, Gələcək" İctimai Birliyi ilə Beninin "Gələcək Üçün Gələcək" təşkilatı arasında da anlaşma rəsmiləşdirilib.

Milli QHT Forumu ilə Cənub - Cənub Əməkdaşlığı Şurasının Latın Amerikası Bölməsi də öz aralarında əməkdaşlığı müqavilə ilə təsdiqləyib.

Azərbaycan Uşaqlar Birliyi ilə Seyşelin Vətəndaş İştirakçılığı Platforması arasında da memoranduma imza atılıb.
Mərasim Konstitusiya Araşdırmalar Fondu ilə Suriya Türkmən Assosiasiyaları Federasiyası arasında anlaşma sənədinin imzalanması ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti