...

Azərbaycanda lokal kartlarla əməliyyatların sayı 7 dəfəyə yaxın azalıb

İqtisadiyyat Materials 29 Aprel 2025 13:42 (UTC +04:00)
Azərbaycanda lokal kartlarla əməliyyatların sayı 7 dəfəyə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi lokal kartlar vasitəsilə əməliyyatların sayı 43,9 min ədəd, əməliyyatların həcmi isə 43,26 milyon manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə lokal ödəniş kartları ilə əməliyyatların sayı 248,9 min ədəd və ya 6,7 dəfə, lokal ödəniş kartları ilə əməliyyatların həcmi isə 2,59 milyon manat, yaxud da 5,6% azalıb.

Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi lokal ödəniş kartları vasitəsilə əməliyyatların sayı 292,8 min ədəd, əməliyyatların həcmi isə 45,85 milyon manat idi.

Qeyd edək ki, lokal kartlar dedikdə, adətən, yalnız ölkə daxilində istifadə üçün nəzərdə tutulmuş və yerli maliyyə institutları tərəfindən buraxılan ödəniş kartları başa düşülür. Bu kartlar beynəlxalq ödəniş sistemlərinə (Visa, MasterCard, American Express və s.) bağlı olmaya bilər və əsasən yerli bankomatlar, POS terminallar və ölkədaxili ödənişlər üçün istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti