...

Pakistanda yanacaq daşıyan yük maşını partlayıb: ölən və yaralılar var

Dünya xəbərləri Materials 29 Aprel 2025 16:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın cənub-qərbində yerləşən Baloçistan əyalətində yanacaq daşayan yük maşınının partlaması nəticəsində 2 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, yanğın yük maşının yanacaq çəlləyindəki sızma nəticəsində baş verib. Hadisə yerində yanğınsöndürənlər və digər insanlar olduğundan partlayışda onlarla şəxs müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Ölənlərdən biri yük maşının sürücüsüdür. Yaralılardan 12-nin vəziyyətinin ağır olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti