Bakı. Trend:
Artıq Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Əliağa Əzizov bu gün Bakıda keçirilən Bakıda Milli Biznesin İnkişafı Forumunda deyib.
O bildirib ki, ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 25%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür: "İşğal dövründə bu ərazilərimizdə su təsərrüfatı sektoru ciddi ziyan görmüşdür. Bu səbəbdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 su anbarının yenidən bərpası həyata keçirilib. 3 su anbarının tikintisinin isə texniki-iqtisadi əsaslandırılması davam etdirilir. Yəni, hazırda Zabuxçay, Həkəriçay və Bərgüşadçay su anbarlarında texniki-iqtisadi əsaslandırma işləri aparılmaqdadır. Həmçinin artıq Zabuxçay su anbarının tikintisi işləri yekunlaşmaq üzrədir".