...

Ceyhun Bayramov Küveytə rəsmi səfər edib

Siyasət Materials 29 Aprel 2025 19:36 (UTC +04:00)
Ceyhun Bayramov Küveytə rəsmi səfər edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 29-da xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.

Trendxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, səfər çərçivəsində 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünun, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti