...

Bakıda ICESCO-nun regional ofisi yaradılacaq

Siyasət Materials 29 Aprel 2025 13:42 (UTC +04:00)
Bakıda ICESCO-nun regional ofisi yaradılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Biz Bakıda ICESCO-nun regional ofisini yaradacağıq.

Trend xəbər verir ki bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Qərbi Azərbaycan İcmasının inzibati binasında İcma rəhbərliyi ilə görüşü zamanı deyib.

O bildirib ki, bu, ICESCO üçün bir qovşaq olacaq.

"Həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı birləşdirən bir qovşaq yaratmağı düşünürük. Bu təşkilat azad olunmuş Qarabağa səfər edən ilk beynəlxalq qurumdur. Biz Azərbaycanda hər istiqamət üzrə qurumlarla əməkdaşlıq etmişik", - deyə o əlavə edib.

Qeyd edək ki, İslam Təhsil, Elm və Mədəniyyət Təkilatının (ICESCO) təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (o zaman Islam Konfransı Təşkilatı) üzv dövlətlərin xarici işlər nazirlərinin Dakarda (Seneqal) keçirilmiş 9-cu Konfransında (24-28 aprel, 1978-ci il) irəli sürülüb.

İƏT üzv dövlətlərin Məkkədə keçirilmiş 3-cü zirvə görüşündə (25-28 yanvar 1981-ci il) islam dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan ICESCO-nun təsis edilməsi və daimi qərargahının Rabat (Mərakeş) şəhərində yerləşdirilməsi qərara alınıb.

Təşkilatın təsis Konfransı 3 may 1982-ci ildə Mərakeş Kralı II Həsənin himayəsi ilə Krallığın Fəs şəhərində keçirilib. Azərbaycan Respublikası 1991-ci ildən təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti