...

Birinci rübdə “American Express” kartları ilə əməliyyatların sayı 135 dəfə azalıb

İqtisadiyyat Materials 29 Aprel 2025 12:33 (UTC +04:00)
Birinci rübdə “American Express” kartları ilə əməliyyatların sayı 135 dəfə azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 6,6 min ədəd, əməliyyatların həcmi isə 0,6 milyon manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə “American Express” kartları ilə əməliyyatların sayı 888,1 min ədəd və ya 135,6 dəfə, “American Express” kartları ilə əməliyyatların həcmi isə 20,5 milyon manat, yaxud da 35,2 dəfə azalıb.

Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 894.7 min ədəd, əməliyyatların həcmi isə 21,1 milyon manat idi.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti