...

Qərbi Azərbaycandakı mədəniyyət abidələrimizin vəziyyəti ilə bağlı lCESCO-ya məlumatlar təqdim ediləcək

Cəmiyyət Materials 29 Aprel 2025 12:49 (UTC +04:00)
Qərbi Azərbaycandakı mədəniyyət abidələrimizin vəziyyəti ilə bağlı lCESCO-ya məlumatlar təqdim ediləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan ərazisindəki mədəniyyət abidələrimizin mövcud vəziyyəti ilə bağlı biz beynəlxalq təşkilatlara, o cümlədən, lCESCO-ya məlumatlarımızı təqdim edəcəyik.

Trend xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qərbi Azərbaycan ərazisindəki mədəniyyət nümunələrimiz təkcə Azərbaycan xalqının və mədəniyyətinin nümunələri deyil, eyni zamanda, İslam dünyasının və ümumilikdə dünya sivilizasiyasının da nümunələridir.

Sədr əlavə edib ki, abidələrin dağıdılması, dünya mədəniyyətinə qarşı törədilmiş cinayətdir:

"Hazırda Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan ərazisindəki mədəniyyət abidələrimizin dəqiq qeydiyyatı mövcuddur və bu abidələrin mövcud vəziyyəti ilə bağlı biz beynəlxalq təşkilatlara, o cümlədən, lCESCO-ya məlumatlarımızı təqdim edəcəyik.

Həmin qurumların imkanlarından istifadə etməklə çalışacağıq ki, bu gün Qərbi Azərbaycanda Azərbaycan müsəlman mədəniyyət nümunələrinin dağıdılması prosesinin qarşısını alaq".

Əziz Ələkbərli qeyd edib ki, məlum olduğu kimi, bu yaxınlarda İrəvan şəhərindəki sonuncu Azərbaycan yaşayış məntəqəsi olan Təpəbaşı məhəlləsi ilə bağlı, oradakı mədəniyyət abidələrimizlə, o cümlədən, Abbasqulu Xan İrəvanskinin inşa etdirdiyi Təpəbaşı məscidi ilə bağlı da UNESCO-ya, həmçinin, beynəlxalq təşkilatlara müraciət edilib.

"Həmin ərazilər, yəni tarixi bölgə statusunu daşıyan həmin yaşayış məntəqəsi və onun ətrafında yerləşən abidələrin dağıdılmasının qarşısının alınması ilə bağlı təcili şəkildə öz səsimizi ucaltdıq"- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti