...

BVF Azərbaycanda inflyasiya ilə bağlı 2030-cu ilə qədər olan proqnozlarını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2025 11:21 (UTC +04:00)
BVF Azərbaycanda inflyasiya ilə bağlı 2030-cu ilə qədər olan proqnozlarını təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiya üzrə yenilənmiş məlumatları, o cümlədən, 2022-2024-cü illər üzrə yekun qiymətləndirməsini və 2030-cu ilə qədər olan proqnozlarını ictimailəşdirib.

Trend xəbər verir ki, söhbət hər ilin sonuna olan istehlak qiymətləri indeksindən (İQİ) gedir.

Fondun məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycanda İQİ 14,4 faiz təşkil edib.

2023-cü ildə inflyasiya kəskin şəkildə yavaşlayaraq, 2.1 faizə düşüb.

BVF qiymətləndirməsinə əsasən, 2024-cü ildə istehlak qiymətlərində mülayim - 4.9 faizə qədər artım müşahidə olunub.

Fond, eyni zamanda, 2025-2030-cu illər üzrə orta müddətli proqnozlarını təqdim edib. Proqnozlara əsasən, Azərbaycanda inflyasiya idarə oluna bilən diapazonda qalacaq - 2025-ci ildə – 5,2 faiz, 2026–2030-cu illərdə isə 4 faiz səviyyəsində.

Beləliklə, 2026-cı ildən başlayaraq BVF inflyasiyanın hədəf səviyyəsi çərçivəsində sabit dinamikasını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti