...

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası qaydasına dəyişiklik edilib

Siyasət Materials 29 Aprel 2025 18:39 (UTC +04:00)
Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası qaydasına dəyişiklik edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"nda dəyişikliklər edilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Belə ki, qaydaya əsasən, akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.

Dəyişiklikdən sonra isə xarici media subyektlərinin nümayəndələrinə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən rəy alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti