Bakı. Trend:
Cari ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızları üzrə faiz gəlirlərinin həcmi 132,5 milyon manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 milyon manat və ya 24% çoxdur.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızları üzrə faiz gəlirlərinin həcmi 106.9 milyon manat idi.
Qeyd edək ki, cari ilin ilk ayında bankların qiymətli kağızlar üzrə faiz gəlirləri 46,9 milyon manat, fevralında 43 milyon manat, martında isə 42,6 milyon manat təşkil edib.