Bakı. Trend:
MDM-də 160 mindən çox ümumi fərdi depo hesabı mövcuddur.
Trend xəbər verir ki, bu sözləri Milli Depozit Mərkəzinin Strategiya şöbəsinin rəhbəri Əli Əliyev bu gün fəaliyyət göstərdiyi qurumun Unicapital investisiya şirkəti ilə birgə təşkil etdiyi "Depozitarın ekosistemdə rolu" mövzusunda keçirilən təlimdə deyib.
O bildirib ki, onlardan 105 minə yaxını aktiv depo hesablarıdır:
"2024-cü ildə fərdi depo hesablarının sayında artım olub. Belə ki, ötən il 30 mindən çox yeni fərdi depo hesab açılıb. Buna kapital bazarlarında gerçəkləşən ilkin kütləvi təklif səbəb olub".