Bakı. Trend:
Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 95,4 milyon ədəd, əməliyyatların həcmi isə 5,5 milyard manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə “Visa” kartları ilə əməliyyatların sayı 8,3 milyon ədəd və ya 9,5% artıb, “Visa” kartları ilə əməliyyatların həcmi isə 85 milyon manat, yaxud da 1,5% azalıb.
Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatların sayı 87,1 milyon ədəd, əməliyyatların həcmi isə 5,6 milyard manat idi.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.