...

Sabunçuda avtomobil təmiri sexindəki yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 29 Aprel 2025 19:45 (UTC +04:00)
Sabunçuda avtomobil təmiri sexindəki yanğın söndürülüb (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

BAkı. Trend:

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

xxx

17:42

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

17:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti