...

Regionlarımızda fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxartmağı hədəfləyirik - Telman Əliyev

İqtisadiyyat Materials 29 Aprel 2025 16:46 (UTC +04:00)
Regionlarımızda fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxartmağı hədəfləyirik - Telman Əliyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Regionlarımızda fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxartmaq əsas hədəflərimizdən biridir.

Trend xəbər verir ki, bu sözləri "Caspian Energy Club"ın sədri və Qrupun Baş İcraçı direktoru Telman Əliyev bu gün Bakıda Milli Biznesin İnkişafı Forumunda deyib.

"Biz Azərbaycan Milli Biznes Assosiasiyası brendini dövlət başçısının tapşırığı ilə 7 il ərzində idarə edəcəyik. Məqsəd odur ki, dünyanın 100 ölkəsində Milli Biznes Assosiasiyasnın "Milli Biz" adlı nümayəndəliyini açaq", - deyə T. Əliyev bildirib.

"Həm regionlarda fəaliyyət göstərən sahibkarların, həm də xaricdə biznesini quran soydaşlarımızı, həmçinin Azərbaycanı sevən şirkətləri bu çətir altında birləşdirib çalışacağıq ki, Azərbaycanın regionlarına investisiyalar cəlb edək. Regionlarımızda fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxartmaq əsas hədəflərimizdən biridir", - T. Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti