...

Azərbaycanda qaz təchizatı fasiləsizliyi 5 qat artırılacaq

İqtisadiyyat Materials 29 Aprel 2025 15:46 (UTC +04:00)
Azərbaycanda qaz təchizatı fasiləsizliyi 5 qat artırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azəriqaz" yaxın gələcək üçün hədəflərini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Baş direktorun müavini Nail Abdullayev bu gün Bakıda Milli Biznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, "Azəriqaz" texniki itkilərini 50%-dən çox azaltmağı hədəfləyir: "Plastik yeraltı qaz xətlərinin tətbiqi ilə şəbəkənin 10 min km-dən yuxarı hissəsinin modernizasiyasını planlaşdırırıq. Respublika üzrə qaz təchizatının fasiləsizliyini 5 qat artırmaq hədəfimiz var. Eyni zamanda respublikada müştəri məmnuniyyəti indeksini birinci pilləyə yüksəltmək istəyirik. Qaz şəbəkəsini rəqəmsallaşdırmaqla SOCAR qrupunda aparıcı innovativ şirkət olmaq niyyətindəyik. Həmçinin, bu işləri görən zaman hər bir km üzrə kapital xərclərini 15%-ə qədər azaltmaq və burdan əldə olunan gəlirlərimizi "Azəriqaz" İstehsalat Birliyinin digər sahələrinə yönəltmək və bunun nəticəsində müştəri məmnuniyyətinə nail olmağı hədəfləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti