Bakı. Trend:
Cəbrayıl rayonunun Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar bir sıra işlərin icrasına başlanılır.
Trend xəbər verir ki, 1042 ailəlik (ikinci mərhələdə - 407 ailəlik) Şükürbəyli kənd məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş binalarının və digər tikililərin söküntü işləri start götürüb.
Belə ki, artıq bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) müvafiq işlərə yekun vurub.
MKSİF sözügedən işlərin icrasını "TURAN.İ.O" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 124 422 manat ödənilib.
Qeyd edək ki, kənddə işlərin həvalə olunduğu "TURAN.İ.O" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sadıxov Orxan Soltan oğludur.
