...

Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” forumu başa çatdı (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 29 Aprel 2025 14:32 (UTC +04:00)
Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” forumu başa çatdı (YENİLƏNİB) (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” forumu başa çatıb.

Trend xəbər verir ki, iki günlük tədbirdə dünya əhalisinin 80 faizinin yerləşdiyi 116 ölkədən nüfuzlu qeyri hökumət təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edib.

Forum çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə bir neçə ölkəni təmsil edən QHT-lər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədlərin imzalanması Qlobal Cənub QHT Platformasının Təsis Forumu çərçivəsində baş tutub.

İlk imzalanma QHT Agentliyi ilə Özbəkistanın "Yüksəliş" Hərəkatı arasında baş tutub.

Daha sonra Əlil Təşkilatları İttifaqı ilə Cibutinin Əlilliyi olan Şəxslərlə İş üzrə Milli Agentliyi, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi ilə “I AM HUMAN” Əlillərin Hüquqları Uğrunda Mübarizə Cəmiyyəti arasında anlaşma sənədi imzalanıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Bərpa Olunan Enerji üzrə Ərəb Platforması da əməkdaşlığın gücləndirilməsi istiqamətində memorandum imzalayıb.

"Qadın, İnkişaf, Gələcək" İctimai Birliyi ilə Beninin "Gələcək Üçün Gələcək" təşkilatı arasında da anlaşma rəsmiləşdirilib.

Milli QHT Forumu ilə Cənub - Cənub Əməkdaşlığı Şurasının Latın Amerikası Bölməsi də öz aralarında əməkdaşlığı müqavilə ilə təsdiqləyib.

Azərbaycan Uşaqlar Birliyi ilə Seyşelin Vətəndaş İştirakçılığı Platforması arasında da memoranduma imza atılıb.
Mərasim Konstitusiya Araşdırmalar Fondu ilə Suriya Türkmən Assosiasiyaları Federasiyası arasında anlaşma sənədinin imzalanması ilə başa çatıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib ki, Azərbaycan və D8 ölkələri öz xalqları və cəmiyyətləri arasında sıx əlaqələr qurmağa qadirdirlər.

"Azərbaycan ilə D8 Qrupu ölkələri arasında yaxşı münasibətləri nəzərə alaraq inanıram ki, xalqlarımız və cəmiyyətlərimiz arasında möhkəm əlaqələr qura biləcəyik, bu isə xüsusi önəm daşıyır", – deyə o qeyd edib.

A.Məmmədov qeyd edib ki, Bakıda keçirilən Qlobal Cənub QHT təsis konfransı vətəndaş cəmiyyətlərinin bir araya gətirilməsi və bu istiqamətdə müştərək fəaliyyətin aktivləşdirilməsi üçün əlavə imkana çevrilib.

"Əminəm ki, bu forumdan sonra yenidən bir araya gəlmək və genişmiqyaslı ideyaları müzakirə edib iri layihələri reallaşdırmaq imkanımız olacaq", – deyə o əlavə edib.

O həmçinin xatırladıb ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan ciddi çağırışlarla, o cümlədən qonşu dövlətlə münaqişə ilə üzləşib. Onun sözlərinə görə, bu illər ərzində ölkənin inkişafı, əhalinin rifahının artırılması və ordunun gücləndirilməsi istiqamətində mühüm səylər göstərilib və bu da Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə imkan verib.

Nigeriyadan olan iqlim dəyişikliyi fəalı Olumide İdovu bildirib ki, D8 ölkələri arasında əməkdaşlığı aktivləşdirmək lazımdır.

“Mən hamımızı ümumi rifaha, davamlı inkişafa və qarşılıqlı öhdəliklərin möhkəmləndirilməsinə, xüsusilə Qlobal Cənub QHT-ləri platforması çərçivəsində birgə çalışmağa çağırıram. Unutmaq olmaz ki, tərəfdaşlıq tərəqqinin açarıdır. Həqiqi inkişaf yalnız əməkdaşlıq yolu ilə mümkündür. Bu səbəbdən biz D8 ölkələri, o cümlədən, Azərbaycan arasında qarşılıqlı fəaliyyəti bu qlobal platformada gücləndirməliyik”, – deyə o vurğulayıb.

O.İdovu qeyd edib ki, Bakıda keçirilən QHT konfransı Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliklərə – yoxsulluq, iqlim dəyişikliyinin nəticələri, təhsilin keyfiyyətinin artırılması zərurəti və digər kəskin çağırışlara qarşı birgə mübarizə üçün vahid cəbhəyə çevrildi.

“Nigeriya Afrikanın əhalinin ən sıx məskunlaşdığı ölkələrindən biridir. Ölkəmiz inkişaf və iqtisadiyyat sahəsində ciddi çətinliklərlə üzləşir. Məhz buna görə də bizə iqtisadi tərəfdaşlığa və iştirakçı ölkələrin potensialının birləşdirilməsi əsasında ümumi inkişafa yol açan əməkdaşlıq lazımdır”, – deyə o əlavə edib.

Cibuti prezidentinin əlillik məslələri üzrə müşaviri, Əllilliyi olan insanların işləri üzrə Milli Agentliyin baş direktoru Duale Səid Mahamud bildirib ki, Azərbaycan hökuməti və QHT-ləri ilə sıx əməkdaşlığa ümid bəsləyirlər.

“Biz həm Azərbaycan hökuməti, həm də artıq bu təşəbbüsə qoşulmuş qeyri-hökumət təşkilatları ilə sıx və məhsuldar əməkdaşlığa ümid edirik.

Bu platforma ilə əlaqəli nə varsa, bütün iştirakçılar üçün böyük əhəmiyyət kəsb edir və biz şadıq ki, başladığı andan bu prosesin bir hissəsiyik”, - deyə o bildirib.

O, beynəlxalq dəstəyin miqyasının ilhamverici olduğunu diqqətə çatdırıb. Prezident müşaviri siyasi dialoqun praktik mərhələyə – bir çox ölkənin cəlb olunduğu birgə layihələrə keçdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti