...

Azərbaycan və Səudiyyə Ərəbistanı qida təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq edəcək

Cəmiyyət Materials 29 Aprel 2025 16:42 (UTC +04:00)
Azərbaycan və Səudiyyə Ərəbistanı qida təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq edəcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildiirlib ki, Komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin iştirakı ilə keçirilən iclasın yekununda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında “Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Bitki Mühafizəsi haqqında” Beynəlxalq Konvensiyasının (IPPC) fitosanitar qaydalarına uyğun olaraq, ticarət əlaqələrinin inkişafı və ticarət müqavilələrinin həyata keçirilməsi zamanı öz ərazilərinə karantin tətbiq olunan zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, bitki mühafizəsi və karantini sahəsində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Memorandumda birgə əməkdaşlıq çərçivəsində idxal, ixrac, təkrar ixrac və tranzit zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün zəruri fitosanitar tədbirlərin görülməsi, məlumat mübadiləsi, bitki mühafizəsi və karantini sahəsində elmi yenilikləri təşviq etmək və müvafiq təcrübəni öyrənmək məqsədilə mütəxəssislərin qarşılıqlı işçi səfərlərinin təşkil edilməsi, zərərli orqanizmlərin qeydə alınması, lokallaşdırılması və məhv edilməsi ilə bağlı elmi və texniki yardım mübadiləsi, hər iki dövlətin milli qanunvericiliyinə uyğun olaraq, bitki mühafizəsi və karantini sahəsində birgə səy göstərilməsi kimi məsələlər əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti