...

Birinci rübdə banklar kredit faizlərindən 898 milyon manat qazanıb

İqtisadiyyat Materials 29 Aprel 2025 16:41 (UTC +04:00)
Birinci rübdə banklar kredit faizlərindən 898 milyon manat qazanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən banklar kredit faizlərindən 897,8 milyon manat gəlir əldə edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 168,7 milyon manat və ya 23,1% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən banklar kredit faizlərindən 729.1 milyon manat gəlir əldə etmişdi.

Bu ilin yanvarında banklar kredit faizlərindən 294,9 milyon manat, fevralında 298,5 milyon manat, martda isə 304,4 milyon manat gəlir əldə edib.

Qeyd edək ki, cari ilin mart ayının sonuna bankların ümumi kredit portfeli 27,9 milyard manat olub. Bunun 14,9 milyard manatını biznes kreditləri, 8,6 milyard manatını istehlak kreditləri, 4,4 milyard manatını isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti