...

Parla Pharmaceuticals Səudiyyə Ərəbistanına dərman ixrac edəcək (FOTO)

İqtisadiyyat Materials 29 Aprel 2025 18:54 (UTC +04:00)
Parla Pharmaceuticals Səudiyyə Ərəbistanına dərman ixrac edəcək (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Parla Pharmaceuticals şirkəti KOBİA-nın həmsədrliyi ilə 28 aprel 2025-ci il tarixdə Ər-Riyad şəhərində keçirilən Səudiyyə - Azərbaycan Birgə İşgüzar Şurasının İclasında iştirak edib.

Trend xəbər verir ki, KOBİA-nın dəstəyi və təşəbbüsü ilə National Development Group Holding ilə Anlaşma Memorandumu (MoU) imzalayaraq Azərbaycanın əczaçılıq sənayesində mühüm bir mərhələyə qədəm qoyub.

Bu anlaşma, Azərbaycan istehsalı olan yüksək keyfiyyətli biotexnoloji və onkoloji dərmanların Səudiyyə Ərəbistanı, eləcə də Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixracına başlayır. Növbəti mərhələdə isə elmi-texnologiya transferi və Krallıqda birgə istehsal müəssisəsinin qurulması planlaşdırılır. Bu əməkdaşlıq Parla üçün qlobal genişlənmə planlarının strateji hissəsini təşkil edir və Azərbaycanın beynəxalq bazarlarda strateji mövqeyini gücləndirəcək.

İlkin mərhələdə əməkdaşlıq hematologiya, endokrinologiya və onkologiya sahələrində istifadə edilən 10-a yaxın qabaqcıl dərmanları əhatə edəcək. Bu məhsullara Rekombinant Faktor VIII, Teriparatide, Semaglutide və Palbosiclib daxildir. Layihə, KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) və Səudiyyə Ərəbistanının Xarici İnvestisiya Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

“Bu sadəcə kommersiya əməkdaşlığı deyil – bu, elmi potensialın birgə qurulması, qabaqcıl müalicələrin əlçatanlığının genişləndirilməsi və Azərbaycanın innovasiya gücünün beynəlxalq arenada nümayiş etdirilməsi üçün strateji bir addımdır”, - deyə Arash Nosrati, Parla Pharmaceuticals şirkətinin Baş Direktoru bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti