...

D8 ölkələri arasında əməkdaşlığı aktivləşdirmək lazımdır - Nigeriyadan olan fəal

Siyasət Materials 29 Aprel 2025 12:35 (UTC +04:00)
D8 ölkələri arasında əməkdaşlığı aktivləşdirmək lazımdır  - Nigeriyadan olan fəal
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

D8 ölkələri arasında əməkdaşlığı aktivləşdirmək lazımdır.

Trend xəbər verir ki, bunu Nigeriyadan olan iqlim dəyişikliyi fəalı Olumide İdovu Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” mövzusunda təsis konfransında çıxışı zamanı deyib.

“Mən hamımızı ümumi rifaha, davamlı inkişafa və qarşılıqlı öhdəliklərin möhkəmləndirilməsinə, xüsusilə Qlobal Cənub QHT-ləri platforması çərçivəsində birgə çalışmağa çağırıram. Unutmaq olmaz ki, tərəfdaşlıq tərəqqinin açarıdır. Həqiqi inkişaf yalnız əməkdaşlıq yolu ilə mümkündür. Bu səbəbdən biz D8 ölkələri, o cümlədən, Azərbaycan arasında qarşılıqlı fəaliyyəti bu qlobal platformada gücləndirməliyik”, – deyə o vurğulayıb.

O.İdovu qeyd edib ki, Bakıda keçirilən QHT konfransı Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliklərə – yoxsulluq, iqlim dəyişikliyinin nəticələri, təhsilin keyfiyyətinin artırılması zərurəti və digər kəskin çağırışlara qarşı birgə mübarizə üçün vahid cəbhəyə çevrildi.

“Nigeriya Afrikanın əhalinin ən sıx məskunlaşdığı ölkələrindən biridir. Ölkəmiz inkişaf və iqtisadiyyat sahəsində ciddi çətinliklərlə üzləşir. Məhz buna görə də bizə iqtisadi tərəfdaşlığa və iştirakçı ölkələrin potensialının birləşdirilməsi əsasında ümumi inkişafa yol açan əməkdaşlıq lazımdır”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti