...

ROG Strix SCAR 18 (2025) - Mobil qeyminqin yeni komprromissiz erası - İCMAL (FOTO)

Maraqlı Materials 29 Aprel 2025 12:25 (UTC +04:00)
ROG Strix SCAR 18 (2025) - Mobil qeyminqin yeni komprromissiz erası  - İCMAL (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Heç kimə sirr deyil ki, ASUS şirkəti özünü yüksək texnologiyalı qurğular sahəsinin liderlərindən biri kimi təsdiqləyərək, istifadəçiləri iş və əyləncə üçün innovativ həllərlə təmin edir. Şirkət ələlxüsus Republic of Gamers (ROG) oyun seriyasın xüsusi diqqət ayırır və beləcə ildən ilə kompüter texnologiyaları aləmində yeni standardların əsasını qoymuş olur. ASUS təkcə trendlərin “arxasınca düşmür”, o, eyni zamanda, qeyminq və peşəkar iş aləminin yeni yollarını salaraq, istifadəçilərə bazarda əlçatan olan ən yaxşı həlləri təklif edir. Məhz buna görə ROG oyun noutbukları, artıq uzun müddətdir ki, güc və məhsuldarlıq etalonuna çevrilib. Bu seriya həmişə öz innovasiyaları ilə təəcübləndirir və 2025-ci il bu baxımdan istisna deyil. Bu gün biz sizə Strix SCAR 18 modeli barədə söz açacağıq.

ASUS ROG Strix SCAR flaqman seriyası oyun noutbuklarının qlobal bazarının ən güclü həlli kimi öz statusunu çoxdan möhkəmləndirib. Bu il seriya yeni mərhələyə qədəm qoyur. Strix SCAR 18 təkcə ciddi məhsuldarlıq artımı ilə deyil, həm də onu yalnız oyunçular üçün deyil, eyni zamanda. gücünün sərhədlərində işləyən və oynayan hər kəs üçün bir alətə çevirən unikal texniki xüsusiyyətlərlə təchiz olunub.

QISA TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

ROG Strix SCAR 18 2025 (G835)

Əməliyyat sistemi

Windows 11 Pro

Displey

18 düym, 2.5K (2560 × 1600 WQXGA), mini-LED işıqlandırma, 2000-dən çox qaralma zonası, 240 Hz / 3 ms, ACR texnologiyası, 100% DCI-P3 rəng əhatəsi, Pantone təsdiqli, G-SYNC® və Dolby Vision® dəstəyi.

Prosessor

Intel® Core™ Ultra 9 275HX - maksimum komplektasiya

Qrafik nüvə

noutbuklar üçün NVIDIA® GeForce RTX™ 5090 videokartı - maksimum komplektasiya

Əməli (operativ) yaddaş

64 QB-a qədər DDR5-5600 Мqz (2 х SO-DIMM) modullarında

Fiziki yaddaş

Maksimal komplektasiyada PCIe® 4.0 NVMe™ M.2 interfeysli 2 TB + 2 TB bərk vəziyyət yaddaş qurğuları (RAID0 dəstəyi) quraşdırılıb.

Giriş/Çıxış portları

2 x Thunderbolt™5 Type-C®/DisplayPort™ 2.1/Power Delivery 3.1/G-sync
3 x USB 3.2 Gen2 Type-A

1 x elektrik enerji giriş yuvası
1 x 2.5G LAN portu
1 x HDMI® 2.1 FRL portu
1 x vahid (kombinə olunmuş) audiogiriş: mikrofon və qulaqlıq üçün

Klaviatura və taçpəd

Membran tipli, işıqlı klaviatura və Copilot düyməsi mövcuddur. Hər düyməyə fərdi RGB işıqlandırma və Aura Sync texnologiyası dəstəklənir.

Simsiz interfeys

WiFi 7

LAN

2.5G LAN

Audio

İntellektual gücləndirici

Dolby Atmos®

Hi-Res Audio

İkitərəfli intellektual səs-küy azaldan

Akkumlyator

90 Vт·s

Qida adapteri

380 Vt

Korpus

Qara

Əlavə məlumatlar

Korpus ətrafında və ROG loqosu üzərində Aura Sync dəstəyi ilə RGB işıqlandırma,

AniMe Vision işıqlandırma funksiyası.

Komponentlərə alətsiz çıxış imkanı.

Ölçülər

39,9 x 29,4 x 2,31 ~ 3,08 sm

Çəki

3,5 kq

Yeni nəsilin məhsuldarlığı

Maksimal konfiqurasiyada noutbuk Intel® Core™ Ultra 9 275HX prosessoru ilə təchiz olunur — bu, 24 nüvəli və yüksək takt tezlikli güclü çipdir, eyni anda ən çox resurs tələb edən tapşırıqları emal etmək üçün nəzərdə tutulub. İstər canlı yayım, çoxaxınlı renderləmə, modelləşdirmə olsun, istərsə də AAA səviyyəli oyunlar— bu prosessor bu kimi çətin tapşırıqların öhdəsindən bir an belə ləngimədən gəlir.

Onu bazarda mövcud olan ən güclü mobil qrafik kartı — NVIDIA® GeForce RTX™ 5090 tamamlayır. Ən son şüa izləmə texnologiyaları, DLSS dəstəyi və nəhəng videoyaddaş həcmi bu modeli təkcə oyunlar üçün deyil, həm də 3D qrafikadan tutmuş 8K videomontaja qədər peşəkar tətbiqlər üçün ideal edir.

Tətbiqi: maksimum ayarlar — bu model üçün bir standartdır.

ROG Strix SCAR 2025 təkcə istənilən oyunu işə salmaqla kifayətlənmir — bunu ultra ayarlarda, əvvəllər yalnız stasionar kompüterlərdə mümkün olan kadr tezliyi ilə edir. Şüa izləməli, yüksək tələbatlı ən son oyunlarda belə sistem 2.5K icazədə sabitlik və axıcılıq nümayiş etdirir. Oyundan əlavə, noutbuk peşəkar işlər üçün də əla seçimdir: “Blender”, “Unreal Engine”, “DaVinci Resolve”da montaj, CAD vizuallaşdırma — bütün bunlar necə deyərlər, "qutudan çıxan kimi" əlçatan olur.

Soyutma sistemi: innovasiya detallardadır.

Yeni modellərin əsas xüsusiyyətlərindən biri yenilənmiş soyutma sistemidir. Bu sistemə buxar kamerası, üç kulerli “Tri-Fan Technology” texnologiyası və “Conductonaut Extreme” maye metal termointerfeysi daxildir. Belə arxitektura istiliyin bərabər paylanmasını və həm mərkəzi prosessorun, həm də qrafik prosessorun effektiv soyudulmasını təmin edir.

Daxili məkan yüksək yüklənmə zonalarında istilik yığılmasının qarşısını alacaq şəkildə təşkil olunub. Hətta uzunmüddətli oyun sessiyaları və ya render zamanı belə, korpus qızmır və trottlinq tam aradan qaldırılıb.

Yeni nəsil ekran

ROG Strix SCAR 18 modeli ROG Nebula HDR Mini LED displey ilə təchiz olunub. Bu ekran 2.5K (2560 × 1600) icazəyə, 240 Hz yeniləmə tezliyinə və 3 ms reaksiya vaxtına malikdir. 2000-dən çox lokal qaralma zonası, Dolby Vision®, G-SYNC®, ACR (Adaptive Contrast Refinement) dəstəyi, DCI-P3 rəng məkanının 100%-lik əhatəsi və Pantone Validated sertifikatı sayəsində təsvir inanılmaz dərəcədə dərin, rəng ötürməsi dəqiq və dinamik diapazon geniş olur. Maksimum 1200 nit parlaqlıq səviyyəsi sayəsində təsviri birbaşa günəş şüası altında olduqda belə aydın görmək olur.

Dizayn, təkmilləşdirmə və interfeyslər

Xarici görünüş baxımından noutbuk müasir və aqressivdir. Korpus qara rəngdədir, ətraflardan RGB işıqlandırma keçir, qapağına isə kastom təsvir və animasiyalar əks etdirən “AniMe Vision” işıqlandırma yerləşdirilib. Eyni zamanda ROG loqotipi də işıldayır.

Komponentlərə giriş asanlaşdı – alətə ehtiyac yoxdur

Noutbukun əməli (operativ) yaddaşını (DDR5-5600, 64 QB-a qədər ) və SSD-ni (hərə 2 TB-ə qədər RAID 0 dəstəkli iki SSD işlətmək olur) çox asan şəkildə dəyişmək mümkündür.

Bütün bunlar ASUS-un ilk dəfə ROG Strix SCAR 18 modelində tətbiq etdiyi yeni təkmilləşdirmə sistemi sayəsində mümkün olub. RAM və yaddaş modullarına çıxış üçün artıq alətlərə ehtiyac yoxdur – sadəcə alt paneldəki xüsusi düyməni sürüşdürmək və paneli aşağı çəkmək kifayət edir. Əlavə SSD qoşmaq Q-latch bərkidiciləri sayəsində alətsiz həyata keçirilir. Bu texnologiya ilk dəfə ROG ana platalarında tətbiq olunmuşdu.

Belə modulluq gələcəkdə sistem imkanlarını genişləndirməyi planlaşdıran istifadəçilər üçün xüsusi önəm kəsb edir.

Portlara gəlincə, hər iki noutbukda aşağıdakılar təklif olunur:

  • 2 x Thunderbolt™ 5 Type-C® / DisplayPort™ 2.1 / Power Delivery 3.1 / G-SYNC

  • 3 x USB 3.2 Gen2 Type-A

  • HDMI® 2.1 FRL

  • Elektrik qida yuvası

  • 2.5G LAN

  • Vahid (kombinə olunmuş) audiogiriş

Audio və avtonomluq

Səs sistemi Dolby Atmos®, Hi-Res Audio və ağıllı gücləndirici texnologiyalarını dəstəkləyir, bu da zəngin və əhatəli səslənmə yaradır. İkitərəfli ağıllı səs-küy azaldıcı sistemi isə, hətta səs-küylü mühitdə belə, kristal kimi aydın səs ötürülməsini təmin edir.

90 Vt·saatlıq geniş tutumlu batareya və 380 Vt gücündə enerji bloku noutbukun həm səfərdə, həm də tam yüklənmə zamanı sabit işləməsinə imkan verir.

ROG Strix SCAR 16

Nisbətə yığcam Strix SCAR 16 modeli də diqqətə layiqdir. Model ROG Nebula HDR Mini LED matritsalı 16 düymlük displeylə təchiz olunub, eyni zamanda, daha böyük Strix SCAR18 modelinin bütün texniki üstünlüklərinə sahibdir. Arada olan cüzi fərqlər aşağıdakı cədvəldə göstərilib.

Texniki xüsusiyyətləri

SCAR 16 (G635)

SCAR 18 (G835)

Ekran diaqonalı

16"

18"

Ölçülər

35,4 × 26,4 × 2,26-3,04 sm

39,9 × 29,4 × 2,31-3,08 sm

Çəki

2,8 kq

3,5 kq

RAID dəstəkləmə

RAID 0 - iki ədəd SSD

RAID 0 dəstəkləyir

ROG Strix SCAR 18 (2025) kompromisslər üçün nəzərdə tutulmamış bir noutbukdur. Bu cihaz maksimal məhsuldarlıq, ən yeni soyutma texnologiyaları, premium səviyyəli ekran və daxili təkmilləşdirməyə tam nəzarət imkanı təqdim edir. Bu, resurs tələb edən kontentlə işləyən peşəkarlar və mükəmməl keyfiyyət istəyən oyunçular üçün ideal seçimdir.

Bu, sadəcə ROG seriyasının növbəti yenilənməsi deyil – bu, gələcəyə atılan bir addımdır.

Qeyd etmək istərdik ki, ASUS istifadəçilərə innovativ noutbuklarla yanaşı, rahat ASUS Perfect Warranty genişlənmiş zəmanət proqramı da təklif edir. 2025-ci il yanvarın 1-dən etibarən alınmış ASUS, ROG və TUF noutbuk sahibləri bu proqram çərçivəsində istehsalçı zəmanətinə daxil olmayan zədələrdən cihazlarının qorunmasını əldə edirlər. ASUS ehtiyatsızlıqdan əldən yerə salmalar, maye ilə zədələnmələr, gərginlik sıçrayışları və fiziki qırılma hallarında da noutbuk sahiblərinə dəstək göstərir. ASUS Perfect Warranty imkanlarından yararlanmaq üçün istifadəçilər ASUS hesabı yaratmalı və cihazı alış tarixindən etibarən 90 gün ərzində qeydiyyatdan keçirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti