...

Azərbaycanın bank sistemi ciddi xarici və daxili sarsıntılar zamanı belə dayanıqlılığını qoruyub saxlayır - Beynəlxalq Valyuta Fondu

İqtisadiyyat Materials 29 Aprel 2025 12:00 (UTC +04:00)
Azərbaycanın bank sistemi  ciddi xarici və daxili sarsıntılar zamanı belə dayanıqlılığını qoruyub saxlayır - Beynəlxalq Valyuta Fondu
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sistemi ciddi sarsıntılar zamanı belə dayanıqlılığını qoruyub saxlayır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun yenilənmiş hesabatında deyilir.

“Azərbaycan iqtisadiyyatı 2015-ci ildə qlobal neft qiymətlərinin çökməsi və 2020-ci ildə COVID-19 pandemiyası nəticəsində baş verən iki ciddi tənəzzüldən sonra özünü toparlayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) qeyd etdiyi kimi, son on ildə ölkənin valyuta ehtiyatları iki dəfə artıb, bankların üstünlük təşkil etdiyi maliyyə sektorunda isə genişmiqyaslı islahatlar aparılıb. Banklar 2015–2016-cı illər böhranlarından dərs çıxarıblar ki, bu da kapitalın adekvatlıq əmsalını artırıb və açıq valyuta mövqelərini azaldıblar. Stress-testlərin nəticələrinə əsasən, Azərbaycanın bank sistemi həm xarici, həm də daxili ciddi sarsıntılar fonunda dayanıqlığını qoruyur”, – deyə BVF-dən bildirilib.

Lakin bankın analitikləri qeyd edirlər ki, əlverişsiz ssenarilərdə, kapitalın ümumi adekvatlılıq əmsalı 4.5 faizlik göstəriciyə qədər azala bilər.

“Bank sektorunun aktivlərinin 35 faizini təşkil edən 23 bankdan səkkizinə əlavə kapital tələb oluna bilər, lakin onların ümumi kapital defisiti ÜDM-in 0,5 faizi həcmində qiymətləndirilir. Likvidlik testləri də göstərdi ki, sektor bütövlükdə ciddi sarsıntılara belə tab gətirmək üçün kifayət qədər buferlərə malikdir. Bununla belə, bəzi banklar (sarsıntılara) həssasdırlar. Xüsusilə, korporativ əmanətlərin yüksək payı bəzi bankları iri həcmdə vəsaitlərin birdən-birə çıxarılması riskinə qarşı həssas edir,” – deyə hesabatda vurğulanır.

BVF 2015-ci ildə aparılan əvvəlki maliyyə sektoru qiymətləndirməsindən sonra əldə olunan irəliləyişi yüksək qiymətləndirib.

“Mərkəzi Bank banklara nəzarəti əhəmiyyətli dərəcədə gücləndirib, milli özəllikləri nəzərə almaqla “Basel III” standartlarını tətbiq edib və makroprudensial siyasəti inkişaf etdirib. Həmçinin, bankların fövqəladə maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilib və problemli maliyyə institutlarının həlli üçün hüquqi baza yenilənib,” – deyə maliyyə qurumundan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti