...

AYİB nümayəndələri AMB-də üzən faiz dərəcəli istiqrazlar mövzusunda təqdimat keçirib (FOTO)

İqtisadiyyat Materials 9 İyul 2025 16:03 (UTC +04:00)
AYİB nümayəndələri AMB-də üzən faiz dərəcəli istiqrazlar mövzusunda təqdimat keçirib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri tərəfindən yerli maliyyə qurumlarının əməkdaşları üçün üzən faiz dərəcəli istiqrazlar mövzusunda təqdimat keçirilib.

Trend AMB-ə istinadən xəbər verir ki, görüş zamanı son illərdə banklararası pul bazarının inkişafı istiqamətində görülmüş işlər, AZİR indeksi və onun hesablanmasında tətbiq edilən yeni metodologiya, eləcə də bu indeksin pul siyasətinin transmissiyasında artan rolu barədə geniş məlumat verilib. Yerli kapital bazarında milli valyutada üzən faiz dərəcəli istiqrazların emissiyası zamanı AZİR indeksinin istinad faiz dərəcəsi kimi tətbiqi ilə bağlı məsələlər ətraflı şəkildə nəzərdən keçirilib, bu istiqamətdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Görüş çərçivəsində həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda nəzərdə tutulan mühüm istiqamətlərdən biri kimi kapital bazarının dərinliyinin artırılması və alət diversifikasiyası baxımından milli valyutada üzən faiz dərəcəli istiqrazların əhəmiyyəti vurğulanıb və bu istiqamətdə AYİB tərəfindən yerli tərəfdaşlarla əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti