...

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiq edilib

Cəmiyyət Materials 9 İyul 2025 17:45 (UTC +04:00)
Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiq edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qaydalar Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin (bundan sonra – daşınmaz abidələr) pasportlaşdırılması qaydalarını müəyyən edir.

Daşınmaz abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa şəhərinin ərazisində yerləşən daşınmaz abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (bundan sonra – dövlət orqanı (qurumu) həyata keçirir.

Daşınmaz abidənin pasportu (bundan sonra – pasport) bu Qaydalara uyğun olaraq verilən və müvafiq olaraq “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nda (bundan sonra – Nümunəvi forma) göstərilən məlumatları özündə əks etdirən vahid sənəddir.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olunmaqla onda dəyişiklik edilməsinə yol verilmir.

Daşınmaz abidələrin pasportlaşdırılması ilə bağlı xərclər dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Daşınmaz abidələr üzərində aparılacaq əsaslı təmir-bərpa, konservasiya, rekonstruksiya, regenerasiya və digər işlərin layihəsi hazırlanarkən həmin abidənin pasportundakı məlumatlara istinad oluna bilər.

Bu Qaydalar tətbiq edilənədək tərtib olunmuş pasportlar bu Qaydalara uyğun tərtib olunmuş pasportlara bərabər tutulur.

Qərarla daha geniş şəkildə bu link vasitəsilə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti