...

Rəşad Nəbiyev “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində nazirlərin dəyirmi masasında iştirak edib

İqtisadiyyat Materials 9 İyul 2025 16:50 (UTC +04:00)
Rəşad Nəbiyev “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində nazirlərin dəyirmi masasında iştirak edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində təşkil edilən nazirlərin dəyirmi masasında iştirak edib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Rəşad Nəbiyev BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın doqquz pillə irəlilədiyini və elektron hökumətin çox sürətlə inkişaf etdiyi ölkə statusuna nail olduğunu, qlobal Kibertəhlükəsizlik İndeksində MDB ölkələri arasında birinci yerdə qərarlaşdığını diqqətə çatdırıb.

Nazir bildirib ki, region dövlətlərindən ilk dəfə məhz Azərbaycanda Milli Süni İntellekt Strategiyası hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti